“Müvəqqəti atəşkəs" razılaşmasına görə İsraillə münaqişəni dayandıran Həmas, ABŞ milyarderi İlon Maskı Qəzzaya dəvət edib.
"Unikal" xəbər verir ki, HƏMAS-ın yüksək səviyyəli rəhbərlərindən biri olan Usamə Həmdan Livanın paytaxtı Beyrutda keçirdiyi mətbuat konfransında İsrailin bombardmanları nəticəsində yaranan dağıntıların miqyasını görmək üçün İlon Maskı Qəzza zolağına dəvət edib.
Həmdan deyib: “Biz onu Qəzzə xalqına qarşı törədilən qırğın və dağıntıların miqyasını görmək üçün Qəzzəyə səfər etməyə dəvət edirik”.