Amerikalı biznesmen İlon Mask HƏMAS qruplaşmasının Qəzzaya səfər etməklə bağlı dəvətini qəbul etməyib.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı biznesmen öz “X” hesabında paylaşıb.
O, hazırda belə bir səfəri təhlükəli adlandırıb: “Bu hazırda bir qədər təhlükəli görünür. Lakin düşünürəm ki, Qəzzanın uzunmüddətli çiçəklənməsi bütün tərəflərin xeyrinə olacaq”.
Xatırladaq ki, Fələstinin radikal HƏMAS hərəkatı İlon Maskı Qəzza zolağına səfər etməyə çağırıb.