ABŞ-yə məxsus hərbi Osprey təyyarəsi qəzaya uğrayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hərbi təyyarə Yaponiyanın Yakusima adası yaxınlığında okeana düşüb.

Təyyarənin göyərtəsində səkkiz nəfər olub. 

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə okeana düşərkən onun sol mühərrikindən alov çıxıb. Fakt araşdırılır. 

Ağarza Elçinoğlu