ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi bu həftənin sonunda Bakıya gələcək.
"Unikal" xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.
Libbinin namizədliyi onun təyin olunmasından təxminən il yarım sonra noyabrın əvvəlində Senat tərəfindən təsdiqlənib. Ötən ilin yayından, Erl Litzenberqer bu vəzifəni tərk edəndən sonra Vaşinqtonun Azərbaycanda səfiri yoxdur.