Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Hərəkətdə olan 3 VAZ markalı minik maşınları toqquşub. Qəzaya düşən avtomobillərdən biri "Azərpoçt"a məxsusdur. Qəza zamanı "Azərpoçt"un əməkdaşı 1987-ci il təvəllüdlü A.Məmmədov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov