"Qarabağda yerli universitetlərin filiallarının açılması ilə bağlı müəyyən planlar var".

"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinq zamanı bildirib. 

Bu barədə hələ ətraflı məlumat verə bilməyəcəyini qeyd edən nazir bildirib:

“Vaxtı gələndə bu universitetlərin filialları və yeni universitetlər yaradılacaq”.