“Rusiyanın Kiyevə hücumunda istifadə edilən dronların çoxu İran istehsalıdır”

"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. O, dünən Rusiyanın ötən həftə Ukraynanın paytaxtı Kiyevə qarşı həyata keçirdiyi ən böyük hücumunda istifadə edilən pilotsuz uçuş aparatlarının əksəriyyətinin İranda istehsal edildiyini bildirib.

O, bu barədə NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində mətbuat konfransı zamanı deyib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski də “Fox News”a müsahibəsində deyib: 
“Biz İrana çoxlu mesajlar göndərmişik ki, pilotsuz uçuş aparatlarını Rusiyaya verməsinlər, onlara dron istehsalı üçün yeni fabriklər tikməyə zəmin yaratmasınlar”.