Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində erməniəsilli müəllimlərin işi ilə bağlı sualı cavablandırıb.

"Unikal" xəbər verir ki, nazirin sözlərinə görə, Azərbaycan tolerant ölkədir, burada etnik, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar bərabər hüquqlara malikdir.

“Eyni yanaşma Azərbaycan təhsilində də olub və olacaq”, - deyə Emin Əmrullayev qeyd edib.