Balakəndə dərzi sexi yanıb.
"Unikal" xəbər verir ki, yanğın bu gün şəhərin Səttar Gözəlov kücəsində baş verib. Yanğın yerinə Balakən rayon Yanğından Mühafizə Hissəsinin yangınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı 1980-ci il təvəllüdlü Hüseynov Rasim Teymur ogluna məxsus ümumi sahəsi 25 kvadratmetr olan dərzi sexi icərisindəki əşyaları ilə birlikdə tamamamilə yanıb. Eyni zamanda dərzi sexinə bitişik olan 1974-cü il təvəllüdlü Məmmədov Kamran Əli ogluna məxsus parça magazasının 2 kvadratmetr hissəsinin dam örtüyü yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.