Qax rayonunda minik və yük avtomobilləri toqquşub. 

"Unikal" xəbər verir ki, hadisə rayonun giriş hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Ford", "Hyundai" və  "Moskviç" markalı avtomobillər toqquşub. 

Qəza zamanı "Moskviç" markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin hadisə yerinə çağrılmış Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Hadisə nəticəsində "Moskviç" in sürucüsü də ağır xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli