Vaşinqton Apellyasiya Məhkəməsi 2021-ci ilin yanvarında Kapitoliyə hücumu ilə bağlı ABŞ-ın keçmiş prezidenti Donald Trampın toxunulmazlığını rədd edib.
"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti qurumun qərarına istinadən məlumat yayıb.
Keçmiş dövlət başçısı və onun hüquq komandası iğtişaşlar zamanı Trampın prezident toxunulmazlığına malik olduğunu təkid edir. Həmin vaxt o, hələ də Ağ Evin sahibi idi, nəşr qeyd edib.
Lakin ittiham tərəfinin mövqeyinə görə, ABŞ-ın 45-ci prezidentinin qərarları və hərəkətləri onun səlahiyyətləri çərçivəsindən kənara çıxıb. Bununla bağlı prokurorlar məhkəməni məhkəmə zamanı Trampın prezident toxunulmazlığını nəzərə almamağa çağırıb.
6 yanvar 2021-ci ildə keçmiş Amerika liderinin tərəfdarları Kapitoliyə soxularaq parlamentin bir neçə saatlıq fəaliyyətinin dayandırılmasına səbəb olmuşdu. Hücuma səbəb prezident seçkilərinin nəticələri idi, nəticədə Tramp ikinci müddətə seçilə bilməyib.
Hüquq-mühafizə orqanları daha sonra Kapitoliyə hücumda ittiham olunan yüzlərlə insanı həbs edib. Üstəlik, Ağ Evin keçmiş sahibi də işə qarışıb.