Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Nadirkənd kəndində baş verib. Kənd sakini 1986-cı il təvəllüdlü Könül Abbasova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. 37 yaşlı qadın xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Tural Əhmədov