Heydər Əliyev Sarayının direktorunun birinci müavini Faiq Mirzəyev işdən çıxıb.

"Unikal" xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

“Hər bir işin sonu olduğu kimi mənim də Heydər Əliyev Sarayındakı 3 illik fəaliyyətim sona çatdı. Məni saraya təyin edən sabiq mədəniyyət naziri Anar Kərimova, mədəniyyət naziri Adil Kərimliyə, sarayın gözəl kollektivinin hər bir üzvünə, sarayla çalışan təşkilatçılara dərin təşəkkürümü bildirirəm”, - F.Mirzəyev bildirib.

Qeyd edək ki, bu il noyabrın 25-də mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.