Futbol üzrə 2024-cü Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
"Unikal" xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərasimdə AVRO-2024-dəki altı qrupun tərkibi müəyyənləşib.
Püşkatmada 21 ölkənin millisi iştirak edib. Digər üç komanda isə UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq. Turnirin açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında olacaq.
A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə
B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya
C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə
D qrupu: A yolunda pley-off qalibi, Niderland, Avstriya, Fransa
E qrupu: Belçika, Slovakiya, Rumıniya, B yolunda pley-off qalibi
F qrupu: Türkiyə, C yolunda pley-off qalibi, Portuqaliya, Çexiya
Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyanın on şəhərində təşkil olunacaq.