Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.
Hərəkətdə olan "Opel "markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı aradırma aparılır.

Tural Əhmədov

xxx

21:25

Şəmkir rayonunda yol kənarında, “3 yol” deyilən ərazidə naməlum kişi meyiti tapılıb.

"Unikal" xəbər verir ki, üzərində xəsarətlər olan meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə aparılıb.

Onun şəxsiyyəti hələ məlum deyil. İlkin ehtimala görə, həmin şəxs avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.