“OPEC+”un hasilat məhdudiyyətlərini uzatmaqla bağlı qərarına baxmayaraq, neftin qiymətləri aşağı düşüb.
"Unikal" xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,62 ABŞ dolları aşağı düşüb və 1 barel üçün 78,26 ABŞ dolları təşkil edib ki.
Nyu-York əmtəə birjasında “WTI” markalı neftin yanvar fyuçersləri 0,51 ABŞ dolları ucuzlaşaraq 1 barel üçün 73,56 ABŞ dolları olub.