Ermənistan parlamentinin Dövlət Quruculuğu və Hüquq Komissiyası Qarabağın Azərbaycan ərazisi kimi  tanınmasını cinayət hesab edən "Ayakve" təşəbbüsünün qanun layihəsini rədd edib.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, komissiyanın 3 üzvü (müxalifət nümayəndələri) qanun layihəsinin lehinə, 7 nəfəri isə əleyhinə (hakim “Mülki Müqavilə” fraksiyasından olan deputatlar) səs verib.

Hökumət fraksiyasının deputatları "Ayakve" təşəbbüsünün Azərbaycanla sülh danışıqlarına ciddi maneə olacağını bildiriblər.