Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla Azərbaycana gətirilməsi cəhdinin qarşısını alıblar.
"Unikal" xəbər verir ki, Əbu-Dabi-Bakı aviareysi ilə birlikdə gələn Azərbaycanın üç vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı həmin şəxslərdən gömrük nəzarətindən gizlətdikləri, ümumi çəkisi 985,51 qram olan 25 ədəd qızıl külçə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.