Biz istəməzdik ki, qondarma Qərb tərəfdaşları erməni xalqını yenidən aldatsınlar. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. 

O, Ermənistanla Qərb arasında hərbi əməkdaşlıq məsələsinə toxunub: "Fransız "Bastion" zirehli maşınları sadəcə olaraq artıq idi. Bunu hətta Ukraynanın xüsusi əməliyyatı kontekstində də görmək olar. Biz yalnız Ermənistan Müdafiə Nazirliyinin Rusiya Federasiyası ilə əməkdaşlıqla bağlı bəyanatını alqışlayırıq və deyə bilərik ki, Rusiya Müdafiə Nazirliyinin də eyni yanaşması var". 

Ağarza Elçinoğlu