Rusiya Azərbaycan və Ermənistan nümayəndələrinin sərhəddə görüşünü alqışlayır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. 

"Bu tədbir zamanı tərəflər demarkasiya üzrə praktiki işlərin başlanmasına hazırlaşaraq metodoloji və təşkilati məsələlər üzrə razılığa gəliblər. Biz tərəfimizdən sərhədlərin birbaşa demarkasiyası zamanı hər cür dəstəyi verməyə hazırıq. Bu, lazımi kartoqrafik materialların verilməsini nəzərdə tutur. Xüsusilə, bunu dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov da təsdiqləyib", - deyə o qeyd edib.

Nəqliyyat kommunikasiyalarının bloklanması üzrə üçtərəfli işçi qrupuna (Azərbaycan, Rusiya, Ermənistan) gəlincə, Zaxarovanın sözlərinə görə, bunun çərçivəsində mühüm irəliləyiş əldə olunub: "Hər iki tərəfdən siyasi iradə olarsa, biz tez bir zamanda konkret layihələrin razılaşdırılması işlərini yekunlaşdıra və konkret fəaliyyətə başlaya bilərik. İnanırıq ki, üçtərəfli işçi qrup çərçivəsində razılaşmaların əldə olunmasının sonrakı ləngiməsi region ölkələrinin maraqlarına, o cümlədən Ermənistanın maraqlarına zidd işləyəcək". 

Ağarza Elçinoğlu