Bakı həmişə Ermənistanla sülh müqaviləsi üzrə görüşlər təşkil etməyə hazır olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. 

"Sülh müqaviləsinə gəlincə, biz tərəfləri çoxtərəfli tədbirlər çərçivəsində görüş üçün Moskvaya və üçüncü ölkələrə dəvət etmişik. Bakı hər zaman danışıqlara hazır olduğunu bildirib. Təəssüf ki, eyni şeyi erməni tərəfdaşlarımız haqqında deyə bilmərik. Bəlkə onlar düşünürlər ki, Vaşinqtonda, Brüsseldə, Parisdə məsləhətçilər daha maraqlı, daha yaxşı, daha təsirli nəsə təklif edə bilərlər. Düşünürəm ki, biz həmişə əvvəlki təcrübəyə və qonşularımızın təcrübəsinə baxmalıyıq", - deyə Zaxarova qeyd edib. 

Ağarza Elçinoğlu