Moskva yaxınlığındakı Odintsovodakı kottec qəsəbəsində Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın meyiti aşkar edilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o başından güllələnmiş halda tapılıb. 

Qeyd edək ki, 46 yaşlı Kiva 2022-ci ilin yanvarında Ukraynanı tərk edib. Xüsusi hərbi əməliyyat başladıqdan sonra o, Moskvaya köçüb. Kiva Rusiyadan siyasi sığınacaq almaq üçün müraciət etmək niyyətində olduğunu bildirmişdi.

Bundan əvvəl Ukrayna məhkəməsi Kivanı dövlətə xəyanətdə ittiham edərək qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum etmişdi.