Hasidilərə mənsub Çabad İsrail ordusu Qəzzanın şimalındakı Beyt Hanun şəhərində “Qəzzada ilk Çabad evi” yaradıb.

"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” yazır.

Əsgərlər qarşıdan gələn Hanukah bayramı zamanı şamlar yandırmağı planlaşdırırlar.

Qeyd edək ki, Çabad mərkəzləri yəhudi icmalarına təhsil, dua görüşləri və bayram tədbirləri daxil olmaqla dini və mədəni xidmətlər göstərir.