Bu gün ölkə ərazisində baş vermiş zəlzələ limanlarda yük əməliyyatlarına, gəmilərin giriş-çıxışına və iş prosesinə təsir etməyib.
Hazırda limanlarda iş prosesi gücləndirilmiş rejimdə həyata keçirilir.
"Unikal" xəbər verir ki, DDLA-nın mütəxəssisləri də dəniz üzgüçülüyünün təhlükəszliyinin təmin olunması istiqamətində mütəmadi olaraq limanlarla məlumat mübadiləsi aparır və informasiyaları diqqətlə izləyir.