Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borel sosial şəbəkədə yazıb.
“Aİ Ermənistan və Azərbaycanın məhbusların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır, bu mühüm siyasi addımdır. Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq”, – deyə o qeyd edib.