Rusiya Federasiyası mədəniyyət nazirinin keçmiş müavini Olqa Yarilovanın əmlakına həbs qoyulub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin açıqlayıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir: "Həbs edilən əmlakın dəyəri 39 milyon rubl təşkil edir".
Yarilova 2018-ci ildə mədəniyyət nazirinin müavini olub. 2022-ci ilin sentyabrında o, öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Ağarza Elçinoğlu