ABŞ-dən olan Şaxta baba maralını daha müasir nəqliyyat növünə dəyişib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  xeyriyyə aksiyası çərçivəsində Şaxta baba qiyafəsində olan şəxs uşaqlara oyuncaqlar çatdırmaq üçün Los-Anceles Polis Departamenti tərəfindən xüsusi olaraq ayrılmış helikopterə minib. 

Belə ki, helikopterdən hədiyyələr paylayan şəxsin görüntüləri sosial şəbəkədə viral olub.