Qəzza zolağında hücumlarını davam etdirən İsrail ordusu 700-ə yaxın fələstinlini həbs edib.

"Unikal" xəbər verir ki, KAN-ın sosial media hesabında paylaşdığı görüntülərdə Qəzza zolağının şimalında dağıntıların ortasında yarıçılpaq, yan-yana düzülmüş və əlləri qandallı onlarla fələstinli görüntülənib. Videoda gözləri bağlı fələstinli kişilərin hərbi yük maşınlarına mindirildiyi əks olunub.

Görüntülərlə bağlı İsrail ordusundan heç bir açıqlama verilməyib. Ölkə mətbuatında yer alan xəbərlərdə fələstinlilərin HƏMAS şübhəlisi olduğu yazılıb.

Gülayə Mecid