Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri edilib.

"Unikal"ın məlumatına görə, nazirlikdə yeni İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb, Səbuhi Rzayev müdir təyin olunub.

O bundan əvvəl nazirliyin Vətəndaş müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

1988-ci il təvəllüdlü S.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və İngiltərənin York Universitetinin məzunu olub.

Qeyd edək ki, bundan əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov idi.