Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Şamaxı və Oğuz rayon sakinlərindən 2 ədəd müvafiq sənədləri olmadan qanunsuz saxlanılan ov tüfəngləri aidiyyəti polis şöbələrinin əməkdaşları tərəfindən təhvil götürülüb.