Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar.

"Unikal" xəbər verir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalında bildirib.

"Yəmən silahlı qüvvələri hansı ölkəyə mənsub olmasından asılı olmayaraq, İsrailə gedən gəmilərin keçidinin qarşısını alacaq. Qəzza zolağı ehtiyac duyduğu qida və dərmanı almazsa, bu cür gəmilər qiyamçıların qanuni hədəfinə çevriləcək”, - məlumatda deyilir.