“İsrailə gedən bütün gəmiləri hədəfə alacağıq”

“Unikal" xəbər verir ki, Yəməndə İran hökuməti tərəfindən dəstəklənən Husi qruplaşması milliyyətindən asılı olmayaraq İsrailə doğru hərəkət edən istənilən gəmini hədəf alacaqları ilə hədələyiblər.

Məlumata görə, Husi qruplaşması dünən bildirib ki, İsrail limanlarına gedən bütün gəmilərin Qırmızı dəniz və Ərəbistan dənizindən keçməsi qadağandır.

Husilərin bu təhdidindən bir neçə gün öncə SEPAH-ın baş komandanın müavini Əli Fədəvi İsrail bayrağı altında üzən gəmilərin mütləq vurulacağı ilə hədələmişdi.