Suriya münaqişəsinin həlli Türkiyə və Amerika hərbçilərinin Suriyadan çıxarılması, kürd qüvvələrinin və sanksiyaların gündəmə gəlməsini tələb edir.

"Unikal" xəbər verir ki, bunu BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen deyib.
“Suriyadakı münaqişənin həlli üçün Türkiyə və Amerika qoşunlarının çıxarılması, kürd birləşmələri məsələsi, sanksiyalar da daxil olmaqla bir sıra məsələləri gündəmə gətirmək lazımdır”, - deyə xüsusi nümayəndə bildirib.
Pedersenin sözlərinə görə, hazırda müəyyən dərəcədə donmuş görünən münaqişənin həlli üçün müxalifətdən və Suriya hökumətindən yeni yanaşma tələb olunur.