Dünyanın 90-dan çox ölkəsində 300-dən çox kiberhücum təşkil etdiyi iddia edilən qruplaşmanın liderlərindən biri İspaniyada saxlanılıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Alikantedə Venesuela vətəndaşını “dünyanın müxtəlif yerlərində qurum və şirkətlərə çoxsaylı hücumlar həyata keçirən “Kelvin Security” haker qruplaşması ilə əlaqədə olduğuna görə saxlayıblar. Şübhəli şəxs "cinayət fəaliyyətindən əldə edilən pulların yuyulmasına görə məsuliyyət daşıyan əsas şəxs" olub.

İstintaq 2021-ci ilin dekabrında başlayıb. Qeyd olunur ki, "Kelvin Security" qrupu qeyri-qanuni yolla əldə etdiyi məlumatları satıb.