Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kəsici-deşici alətlə 4 nəfər şəxsə xəsarət yetirməkdə şübhəli bilinən Samir Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib
Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Qeyd edək ki, hadisə 2 gün əvvəl Gəncə şəhərində yerləşən şadlıq saraylarından birində baş verib.