İspaniyanın məşhur geyim markası ZARA-nın yeni reklam kampaniyası böyük əks-səda doğurub.

"Unikal" xəbər verir ki, “Gödəkçə” adlı reklamda model Kristen Makmenami kəfənə bükülmüş maneken daşıyır. Dağılmış yerdə yerdəki digər manekenlərin qolları və ayaqları olmadığı görünür. 

Reklam sosial şəbəkələrdə "Qəzzadakı qırğından ilhamlandılar" kimi tənqidlərə səbəb olub. Bir çox insan bu görüntülərin İsrailin Qəzzada iki aydan çox davam edən və minlərlə insanın həyatını itirdiyi qətliamını xatırlatdığını ifadə edib.

Sosial media platformalarında da “ZARA-nı boykot etmək” çağırışları sürətlə artıb. Bir çox istifadəçi “ZARA müsəlmanları və İsrailin Qəzzada törətdiyi qətliamla lağ edir” şərhini yazıb. ZARA reaksiyalarla bağlı açıqlama verməsə də, reklam fotolarını nəşrdən silib.