Tayvanın Tainan şəhərində bel ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 20 yaşlı Xiao Yu-nun böyrəklərindən 300-dən çox böyrək daşı çıxarılıb.

"Unikal" xəbər verir ki, xəstəxanadan verilən açıqlamada Yu-nun su içməyi sevmədiyi və yalnız şəkərli içkilər və çay içdiyi bildirilib. Nəticədə onun böyrəklərində çoxlu böyrək daşı aşkarlanıb və Yu təcili əməliyyata aparılıb. Uğurlu əməliyyatdan sonra Yu-nun böyrəklərindən 0,5-2 sm ölçüdə 300-dən çox böyrək daşı çıxarılıb.