Xəbər verdiyimiz kimi, dünən "Ankaragücü" - "Rizespor" matçının sonunda hakim Halil Umut Melər meydan sahiblərinin prezidenti Faruk Koca tərəfindən vurulub.
"Unikal" xəbər verir ki, istintaq nəticəsində "Ankaragücü" klubunun prezidenti Faruk Koca da daxil olmaqla 3 nəfər həbs olunub.
"Qarşılaşmadan sonra sahəyə enərək matçın hakiminə qarşı zorakılıqda iştirak edən bütün şübhəlilər və meydançaya enən azarkeşlər haqqında Ankara Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. Faruk Koca və 2 nəfər həbs edilib", - deyə məlumatda qeyd edilib.
Ağarza Elçinoğlu