“Ata-ananın canı övlada bağlı olar” demiş atalarımız. Böyük Vətən müharibəsindən üç il keçməsinə baxmayaraq, qəhrəman oğullarının yoxluğu ilə barışmayan neçə-neçə ailələr gördük. Bəzən o ailələrin məğrur duruşunun, bəzən də kədərli göz yaşlarının şahidi olduq.
“Unikal” 2023-cü ildə vəfat etmiş şəhid ailələrini təqdim edir:
Bu ilin sentyabr ayının 29-da Vətən müharibəsində şəhid olan Səməd Hüseynzadənin atası Sətdar Hüseynzadə vəfat edib.
Şəhid Bəkirli Azad Rasim oğlunun anası Gülnaz Bəkirova may ayının 8-də dünyasını dəyişib.
Martın 5-də Masallı rayonunun Öncəqala kəndindən olan Vətən müharibəsi şəhidi Nurlan Məlikovun atası Dünyamalı Məlikov vəfat edib.
Vətən müharibəsi şəhidi Nurəhməd Ulubəyovun atası Hacıbəy Ulubəyov dekabrın 7-də xəstəlik səbəbindən dünyasını dəyişib.
Ölümündən sonra "İgidliyə görə", "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilən şəhid Elnur Cəfərovun atası Cəmiyyət Cəfərov oktyabrın 11-də vəfat edib.
44 günlük Vətən müharibəsində şəhid olan İsə Orucovun anası Nayibə Orucova avqustun 17-də vəfat edib.
Birinci Qarabağ savaşında şəhid olan döyüşçümüz Natiq Xəlilovun atası Tarverdi Xəlilov 85 yaşında dünyasını dəyişib.
Şəhid Əli Yunis oğlu Atayevin anası Pakizə Nəbi qız Atayeva noyabrın 21-də dünyasını dəyişib.
Şəhid gizir Coşqun Məmmədovun atası Elnur Məmmədov da dekabrın 11-də gün dünyasını dəyişib.
Xaçmazda Vətən Müharibəsi şəhidi Orxan Çobanovun atası Zahid Çobanov avqustun 1-də dünyasını dəyişib.
Şəhidimiz Mirsurxay Məmmədov Arif oğlunun atası 21 noyabrın 2023-cü il tarixində vəfat edib. O yüksək təzyiqdən həyatını itirib.
Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev noyabrın 3-də vəfat edib.
Şəhid Ayhan Haqverdiyevin anası İntizar Haqverdiyeva aprelin 25-də dünyasını dəyişib. Onun övlad itkisinə dözməyərək ürəyinin dayandığı bildirilib.
Şəhid Elşən Xankişiyevin atası Elşad Xankişiyev dekabrın 6-da həyatını dünyasını dəyişib. Elşən Xankişiyev 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Altay və Elgün Mövlanov qardaşlarının atası Tahir Mövlanov iyulun 16-da haqq dünyasına qovuşub.
Vətən müharibəsi şəhidi Elnur Şirinzadənin anası Gültəkin Şirinova avqustun 30-da Yevlaxda dünyasını dəyişib.
Vətən müharibəsi şəhidləri Musa və Tural Həsənov qardaşlarının atası Tapdıq Həsənov da sentyabrın 3-də vəfat edib.
Vətən müharibəsi şəhidi Əyyub Süleymanovun anası Şüşən Əsədova noyabrın 30-da dünyasını dəyişib.
Sentyabr ayında Kəlbəcər istiqamətində baş vermiş döyüşlər zamanı şəhid olan 20 yaşlı İsa Kəlbiyevin anası Nəfisə Kəlbiyeva iyulun 13-də dünyasını dəyişib.
Vətən müharibəsi şəhidi Niftalı Mehdilinin anası vəfat edib. Şirmayə Mehdiyeva oktyabrın 10-da yaşadığı Ucar rayonu Bərgüşad kəndində vəfat edib.
Vətən müharibəsi şəhidi Qismət Qardaşxanovun anası Mərziyə Qardaşxanova bu ilin may ayının 15-də xəstəlik səbəbindən həyatını itirib.
Vətən müharibəsi şəhidi Balaqardaş Vəliyevin atası Fərhad Vəliyev bu gün xəstəlik səbəbindən vəfat edib.
Aprel döyüşlərində şəhid olan Sərvan Mehrəliyevin anası Xatirə Mehrəliyev yanvarın 2-də dünyasını dəyişib.
Hazırladı: Gülayə Mecid