Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Məlahət İbrahimqızı, Ramin Məmmədov, Fəzail Ağamalı, Nizami Cəfərov, Cavanşir Feyziyev, Naqif Həmzəyev, Anar İsgəndərov, Əziz Ələkbərov və Naqif Həmzəyev Türkiyədə səfər çərçivəsində Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ankara şəhərində uzalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, onu bir dəqiqəlik sükutla yad edərək, əklil və gül dəstəsi qoyublar.

"Unikal" xəbər verir ki, anım ziyarətində Azərbaycan Respublikasının Türkiyə Cumhuriyyətindəki fövqəladə və səlahiyyəti səfiri Rəşad Məmmədov və  Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım da iştirak etmişdir.