"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi haqda danışıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırkı klubuna gec transfer olduğu üçün peşman olduğunu deyib:

"Əl-Nəsr"ə daha əvvəl gəlmədiyimə görə çox təəssüflənirəm. Amma indi çox xoşbəxtəm. "Əl-Nəsr"də Avropadakından iki dəfə çox gücümü göstərəcəyəm".

Qeyd edək ki, Ronaldo bu ilin yanvarından Səudiyyə Ərəbistanı klubunda oynayır.