12 dekabr 2023-cü il tarixində Diaqnoz Tibb Mərkəzinin kollektivi müasir müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı Xətai rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. 

"Unikal" xəbər verir ki, Mərkəzin kollektivi Ümummili liderin abidəsi önünə əklil qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.