Gəncədə polisin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan  "Mercedes" ilə 99-YP-227 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobili toqquşub. Qəza nəticəsində Gəncə şəhər baş polis idarəsinin Dövlət Yol Polisi şöbəsinin  əməkdaşı xəsarət alıb. DYP əməkdaşı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov