Gəncə şəhərində yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, idman kompleksinin ərazisində ümumi sahəsi 1000 m² olan üzgüçülük zalının sahəsi 4 m² olan sauna otağının taxta üzlüyü yanıb. Üzgüçülük zalının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.