Müsavat Partiyası başqanının sabiq müavini Yadigar Sadıqlı partiya üzvlüyündən istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə Y.Sadıqlı “Facebook” hesabında paylaşım edib.

"Mən üzv olanda bir gün Müsavatdan gedəcəyimə heç vaxt inanmazdım. İndi getməkdən başqa yol olmadığını görürəm. Nə partiya rəhbərliyinin tutduğu mövqe, nə şəxsi münasibətlərin səviyyəsi mənim partiyada birgə mübarizə aparmağıma imkan verir", - deyə o paylaşımında bildirib.