"Tottenhem" müdafiəçisi Destini Udoci ilə yeni müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı futbolçunun yeni sözləşməsi 2030-cu ilə qədərdir.

İtaliya millisinin üzvü “Tottenhemə” "Udineze"dən gəlib. Bu mövsüm müdafiəçi London komandasının heyətində bütün yarışlar çərçivəsində 14 matça çıxıb, 1 qol vurub, 2 qolun ötürməsini verib.