Qızılcadan daha bir ölüm halı Şirvan şəhərində qeydə alınıb. Yeniyetmə Ömər Şahbazzadə dekabrın 13-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq xəstə dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, 12 yaşlı Ömər Şahbazzadə bir müddət öncə qızılca xəstəliyinə yoluxub. Xəstəyə nəzarət və onun müayinəsi ev şəraitində aparılıb. Şirvan şəhər xəstəxanasına gətirilən zaman yeniyetmənin pnevmaniya və toksiki şok halında olduğu müəyyən edilib.
Göstərilən tibbi yardımlara baxmayaraq uşaq dünyasını dəyişib.