"Memar Əcəmi" stansiyasında saat 6:30 radələrində 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb.
"Unikal" xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı yüksək gərginlik çıxarılıb.
"Təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar. Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib", - deyə qurumdan bildirilib.