Bakıda avtomobil təmiri sexi yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 65 m² olan, 2 boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan “Mercedes” markalı minik avtomobili yanıb.

Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.