Bir çox Avropa rəsmiləri özəl olaraq qeyd edirlər ki, Ukrayna Aİ liderlərinin əksəriyyəti üçün əsas prioritet olmaqdan çıxıb və onu pulların axdığı qara dəlik adlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə “Politico” nəşri yüksək rütbəli Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Kiyevin rəsmi dəstəyinə və Macarıstanın Ukraynaya yardıma mane olması ilə bağlı bəyanatlara baxmayaraq, bir çox Avropa rəsmiləri Ukrayna münaqişəsinin artıq bir çox Aİ liderlərinin gündəlik həyatında əsas prioritet olmadığını qəbul edirlər.

"Şübhələr artır... Döyüş meydanındakı vəziyyət nə qədər çıxılmazdır? Biz bu qara dəliyə nə qədər çox pul tökəcəyik? Yaxın aylarda Avropadakı populistlər bu dalğaya minəcəklər", - KİV yazıb. 

Gülayə Mecid